AZ

III MDB Oyunları: Rusiya millisi estafet yarışında birinci olub

Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar bəlli olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, kişilərin yarışında 4x100 metr məsafəyə estafet yarışında mükafatçılar müəyyənləşib.

Rusiya millisi birinci, Belarus seçməsi ikinci, Qazaxıstan kollektivi üçüncü yeri tutub.

Qadınların bu növbədəki yarışında da mükafatçılar eyni olub. Beləliklə, üzgüçülük yarışlarında ikinci günə yekun vurulub

*** 12:46

Azərbaycanın daha bir üzgüçüsü III MDB Oyunlarında gümüş medal qazanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Süleyman İsmayılzadə 200 metr məsafəyə sərbəst üsulla üzməkdə ikinci yeri tutub.

Rusiyalı Boqdan Toropkin qızıl, onun həmyerlisi Matvey Nesterov bürünc medala sahib çıxıb.

*** 11:08

Azərbaycanın daha iki təmsilçisi III MDB Oyunlarında medal qazanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Mehri Əbdürəhmanlı gümüş, Anastassiya Gnussina bürünc mükafat əldə edib.

Onlar 200 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə uğurlu çıxış ediblər.

Qızıl medala rusiyalı Anastasiia Chernyshova sahib çıxıb.

*** 10:51

Azərbaycan üzgüçüsü Oktay Hüseynov III MDB Oyunlarında medal qazanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı gümüş mükafata sahib çıxıb.

O, 200 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə uğurlu çıxış edib. Rusiyalı Maksim Starovoitov qızıl, özbəkistanlı Javlonbek Qaniyev bürünc medala sahib çıxıb.

Seçilən
39
5
far.az

8Mənbələr