AZ

Yeni müharibə üçün sayım başladı: Qonşumuz hədəfdədir!

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

27 sentyabr 2025-ci il tarixində gecə saatlarında İranın nüvə proqramı ilə bağlı Tehran və Qərb dövlətləri arasında danışıqların dalana dirənməsinin ardından son 10 ildə ilk dəfə BMT-nin İrana qarşı hərtərəfli sanksiyaları bərpa edilib. İranın nüvə proqramı ilə bağlı sanksiyalar iki gün əvvəl Nyu York vaxtı ilə saat 20:00-da avtomatik olaraq qüvvəyə minib. Qərb dövlətlərinin bu addımına İranın maliyyə bazarı da ilk reaksiyalarını verib. Məlumata görə, BMT sanksiyalarının bərpasından dərhal sonra İran rialı dünən səhər saat 7:30 radələrində dollar qarşısında tarixinin ən aşağı səviyyəsinə enib. Qara bazarda 1 dollar 1.12 milyon riala satılıb.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

O bildirib ki, maliyyə bazarının sanksiyaların bərpa olunmasına operativ reaksiyası ondan xəbər verir ki, iranlılar da yaxın günlərdə nə ilə üzləşəcəklərinin fərqindədirlər:

“Dərd burasındadır ki, İran təkcə iqtisadi sanksiyalara məruz qalmayacaq. Bu yay 12 günlük İsrail-İran savaşına silah çatışmazlığı səbəbindən ara verən Təl-Əvivin İrana hücumunun yenidən başlanması da istisna edilmir.

Bir müddət əvvəl İsrail-İran arasında yeni müharibənin baş vermə ehtimalının zaman aralığını vermişdim: 28 sentyabr 2025-ci ildən 2026-cı ilin may ayına qədər. Zaman aralığının başlanğıc nöqtəsi dünən tamam oldu. Bu gün isə Vaşinqtonda İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşəcək. İlk baxışdan, görüşün əsas mövzunun Fələstin məsələsi olacağı görünür. Məncə, əsas mövzu Fələstin yox, İran olacaq. Təbii ki, Netanyahu öz himayədarını İrana hücuma həvəsləndirməyə çalışacaq. Trampı İran məsələsində yola gətirmək üçün isə böyük təkana ehtiyac yoxdur. Əsas məsələ Avropa üçlüsünü yola gətirmək idi və onlar avqustun 28-də BMT-yə müraciət edərək əslində öz razılıqlarını verdilər. Bundan sonraya isə sadəcə Trampın “beynəlxalq sifarişi” nəzərə alıb düyməyə basmağı qalır.

Bəs, İsrail və Qərb ölkələrinin İranla savaşının əsas məqsədi nədir?

Fikrimcə, bunun 3 mühüm səbəbi var:

1. İsrailin 12 günlük müharibədə qarşısına qoyduğu hədəfləri reallaşdıra, xüsusilə də İranın nüvə proqramını tamamilə sıradan çıxara bilməməsi;

2. Hazırda azlıq hökumətinə rəhbərlik edən Netanyahunun oktyabrin 27-nə qədər uğur hekayəsi yaradaraq öz legitimliyini bərpa arzusu;

3. Oded Yinon planına əsasən, Yaxın Şərqin son qalası olan və Quma bağlı proksi qüvvələrinin baş qərargahı sayılan İranı tamamən sıradan çıxarıb “müqavimət oxu”nu qırmaq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
3
axar.az

4Mənbələr