UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda baş tutacaq olan "Qarabağ"-"Kopenhagen" matçının hakimləri bəlli olub
Milli.Az xəbər verir ki, təmsilçimiz üçün vacib oyunun idarəsi əslən türk olan niderlandlı hakim Serdar Gözübüyükə həvalə olunub.
Ona Ervin Zeinstra və Patrik İnia kömək edəcəklər. 4-cü hakim isə Yannik Van Der Laandır.
Xatırladaq ki, "Qarabağ"-"Kopenhagen" qarşılaşması oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.
Hüseyn
Milli.Az