AZ

“Qarabağ”ın oyunu türkəsilli hakimə tapşırıldı

UEFA Çempionlar Liqasının 2-ci turunun “Qarabağ” – “Kopenhagen” oyununun təyinatları açıqlanıb.

Ulusal.az xəbər verir ki, qarşılaşmanı Niderlandı təmsil edən türkəsilli FIFA referisi Serdar Gözübüyük idarə edəcək.

Yan xətt hakimləri Ervin Zeynstra ilə Patrik İnya, dördüncü hakim Yannik Van Der Laan olacaq. VAR Rob Dyeperə, AVAR isə Yerun Manşota tapşırılıb.

Qeyd edək ki, görüş oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

Seçilən
37
1
moderator.az

10Mənbələr