Ukrayna Bryansk vilayətində Rusiya hərbçiləri üçün məhsullar istehsal edən "Elektrodetal" zavodunun məhv edildiyini təsdiqləyib.
Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadənməlumat yayıb.
"Düşmən işğalçı ordusunun imkanlarının azaldılması çərçivəsində sentyabrın 29-da Ukrayna Silahlı Qüvvələrinin raket və artilleriya qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə koordinasiyada Karaçevski Elektrodetal Zavoduna raket zərbəsi zamanı dörd raket atıb", - deyə Baş Qərargah məlumat yayıb.
Raketlərin uçuş məsafəsinin 240 kilometrdən çox olduğu bilinir.
Eyni zamanda, Ukrayna Hərbi Dəniz Qüvvələri Elektrodetalın "Neptun" raketləri ilə vurulduğunu bəyan edib.
"Dünən gecə "Neptun" raketimiz Rusiyanın "Karaçev Elektrodetal" zavodunu dəqiqliklə hədəfə alıb. Düşmənin təchizat zəncirinin daha bir halqası itib", - məlumatda deyilir.
Baş Qərargahın məlumatına görə, Karaçev Elektrodetal zavodu hərbi və ümumi sənaye tətbiqləri üçün müxtəlif elektrik birləşdiriciləri, o cümlədən aşağı tezlikli, yüksək tezlikli və birləşdirilmiş birləşdiricilər istehsal edir.
QAZİLER.AZ
