AZ

BDU-nun aparıcı elmi işçisi vəfat edib

BAKI, 29 sentyabr. TELEQRAF

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunun Biofizika şöbəsinin aparıcı elmi işçisi Rövşən Musayev vəfat edib.

Bu barədə Teleqraf-a Universitetdən məlumat verilib.

Rövşən Musayev 1947-ci ildə Göyçay şəhərində anadan olub. 1965-1970-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1975-1978-ci illərdə Rusiyanın Obninsk vilayətinin Fizika-Energetika İnstitutunun aspiranturasında təhsil alıb, 1980-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi adına layiq görülüb.

Rövşən Musayev 1967-1973-cü illərdə AMEA-nın Fizika İnstitutunda baş laborant, laborant, mühəndis vəzifələrində çalışıb. 1981-1984-cü illərdə Ümumittifaq Atom Enerjisi Elmi-Tədqiqat Energetika İnstitutunda kiçik elmi işçi, 1984-1986-cı illərdə Ümumittifaq Ölçü Nəzarəti Cihazlarının Layihə İnstitutunda, 1986-1988-ci illərdə Moskvada Tibbi Biologiya Problemləri İnstitutunda böyük elmi işçi işləyib. 1989-1990-cı illərdə BDU-nun Yarımkeçirici fizikası elmi-tədqiqat laboratoriyasında (ETL) böyük elmi işçi kimi çalışıb. 1990-2014-cü illərdə Radiasiya və onun ətraf mühitə təsiri fakültələrarası ETL-də böyük elmi işçi və kiçik elmi işçi vəzifələrində işləyib.

2014-2019-cu illərdə BDU-nun Fizika Problemləri İnstitutunun Yarımkeçirici fizikası şöbəsində, 2019-cu ildən isə Biofizika şöbəsində aparıcı elmi işçi kimi çalışırdı.

Rövşən Musayevin tədqiqat sahəsi radiasiya ekologiyası, ekoloji təhlükəsizlik, bioloji sistemlər, atom reaktoru, yarımkeçiricilər fizikası, riyazi modelləşmə, kosmologiya, sinergetik effektlər idi.

Seçilən
19
10
teleqraf.com

10Mənbələr