AZ

Natiq Cəfərli: İranın daxilində gərginliyin artması və etirazların yüksəlməsinin şahidi ola bilərik...

Avropa üçlüyü İrana qarşı nüvə sanksiyalarını bərpa edib...

İqtisadçı-ekspert: “İranda ciddi bahalaşma var. Həm qiymətlərin kəskin artımını müşahidə edirik, həm də bu sanksiyalar iqtisadiyyatda fürsətləri daraltdı”.

“Açığı bundan sonra İranın vəziyyəti o qədər də yaxşı olmayacaq”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Irana qarşı tətbiq edilən sanksiyaları Poliqon-a şərh edərkən qeyd edib.

Avropa üçlüyünə daxil olan ölkələr, Britaniya, Almaniya və Fransa, o cümlədən Avropa İttifaqı İrana qarşı nüvə sanksiyalarını bərpa ediblər. İranda isə iqtisadi və sosial vəziyyət heç də ürəkaçan görünmür və inflyasiya da pik həddə çatıb.

Nüvə sanksiyaların 10 ildən sonra yenidən bərpa olunması İrana necə edəcək və neft satışına gətirilən məhduduyyətlər İranda sosial-iqtisadi həyatıiflic edə bilərmi? Həmçinin, İranda hakimiyyətin ikiyə parçalanması barədə məlumatlar var. Hakimiyyətin öz vahidliyini itirməsi proseslərə necə təsir edə bilər?

İranda baş verməsi gözlənilən prosesləri Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Sosial və iqtisadi vəziyyət pisləşdikcə, İranın daxilində gərginliyin artması və etirazların yüksəlməsinin də şahidi ola bilərik”.

Ölkədə iqtisadi problemlər getdikcə artdıqca, cəmiyyətin içində də narazılığın artmasının gözlənilən olduğunu vurğulayan ekspert əlavə edib ki, biz zaman-zaman İranda aylarla davam edən etirazları görmüşük:

İranın iqtisadi vəziyyəti yumşaq desəm, doğrudan da, ürək açan deyil. Çünki İranın milli valyutası, İran rialı dünyada ən çox dəyərdən düşmüş valyutalardan biridir. İran valyutasında ciddi inflyasiyalar var və sanksiyalar artıq aviaparkdan, avtomobil parkında tutmuş, ərzaq məhsullarına, dərman preparatlarına qədər, yəni sosial sahələrə də ciddi təsir etməyə başlayıb.

İranda ciddi bahalaşma var. Həm qiymətlərin kəskin artımını müşahidə edirik, həm də bu sanksiyalar iqtisadiyyatda fürsətləri daraltdı. BMT-nin sanksiyaları tətbiq olunmamışdan əvvəl, heç olmasa, İran öz enerji resurslarını ərzaq məhsulları və dərman preparatları ilə dəyişə bilirdi. Yəni, BMT qərarları onlara belə bir fürsət yaradırdı. İndi yenidən qərarların sərtləşməsi və sanksiyaların tətbiqi bu fürsəti də İranın əlindən alır.

Açığı bundan sonra İranın vəziyyəti o qədər də yaxşı olmayacaq. Ölkədə iqtisadi problemlər getdikcə artdıqca, cəmiyyətin içində də narazılığın artması gözlənir. Biz zaman-zaman İranda aylarla davam edən etirazları görmüşük. İranda vətəndaşlar çox aktivdir. Sosial və iqtisadi vəziyyət pisləşdikcə, İranın daxilində gərginliyin artması və etirazların yüksəlməsinin də şahidi ola bilərik”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr