Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburq səfəri zamanı Avropa Şurası Parlament Assambleyasının sədri Teodoros Rusopulosla görüşüb.
Musavat.com xəbər verir ki, Paşinyan görüş barədə “X” platformasında paylaşım edib.
O bildirib ki, müzakirələrdə demokratik islahatlara sadiqlik, insan hüquqları və qanunun aliliyinin önəmi vurğulanıb. O həmçinin AŞPA-nın sülh və ədalətin təşviqindəki rolunu qeyd edib.
Musavat.com