AZ

Azərbaycanda səfərdə olan Özbəkistan nümayəndə heyəti Zəfər abidəsini ziyarət edib - FOTOLAR

Sentyabrın 29-da II Azərbaycan – Özbəkistan Media Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Özbəkistan nümayəndə heyəti Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov ilə birgə Zəfər parkında olub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər abidəsini ziyarət edib. Medianın İnkişafı Agentliyindən SİA-ya bildirilib ki, nümayəndə heyəti abidənin önünə gül dəstələri düzərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla inşası davam etdirilən layihəyə əsasən torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində Zəfər muzeyi də yaradılır.

Seçilən
41
14
sia.az

10Mənbələr