AZ

III MDB Oyunları: Beş azərbaycanlı sambocu finalda

Bu gün Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sambo yarışlarına start verilib.

 

Apasport.az xəbər verir ki, yarışlar kişilər arasında 8 çəki dərəcələrində keçirilir.

Beş çəkidə Azərbaycan təmsilçiləri finala yüksəliblər.

Abdullətif Musayev (53 kq), Rüstəm Qasimzadə (58 kq), Nihad Rəhimov (64 kq), Əbubəkir Hüseynov (98 kq), Rəsul Səmədli (+ 98 kq) qızıl medal uğrunda vuruşacaqlar.

Eyni zamanda 71 kq-da Mikayıl Amirov və 88 kq-da Xəzər Əmrahlı yarımfinalda uduzublar və bürünc medal üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, medal görüşləri saat 17:00-da başlayacaq.

Azərbaycan kikboksçularından Avropa çempionatında 21 medal

Fiziev üçün şanssızlıq: Oliveyranı əldən buraxa bilər

Federasiyada kütləvi istefa - KEÇMİŞ DEPUTATLAR VƏZİFƏDƏN AYRILDI

Mübariz İbrahimov: “Beynəlxalq yarışlarda Azərbaycanı qürurla təmsil edəcəyik”

Sumo üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Seçilən
6
4
apasport.az

5Mənbələr