AZ

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 29 sentyabr 2025-ci iltarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricidövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrəimtahan keçirilib.

Trend xəbərverir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xaricidövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasıQaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisaslarıüzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyətgöstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi iləDövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyətqazanması (keçid balını toplaması) tələb olunur. İmtahanda iştiraketmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat11:00-da başlanıb və 1 saat davam edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 186 nəfərdən 42nəfər imtahana gəlməyib. İmtahanda 52 nəfər müvəffəqiyyət əldəedib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahanüçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayıştəqdim olunub. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytındayerləşdiriləcək.

Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdimolunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyəntapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahandamüvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplamasıtələb olunur.

İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciətetmək istəyənlər 1 – 2 oktyabr tarixlərində saat 14:00-dan17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik HəsənƏliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsilhaqqında diploma əlavənin (transkriptin) surəti də əlavəedilməlidir.

Seçilən
29
11
az.trend.az

10Mənbələr