AZ

“Sabah”da yeni təyinat

“Sabah” Futbol Akademiyasında yeni təyinat gerçəkləşib.

"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı mütəxəssis Giorgi Minaşvili akademiyanın koordinatoru təyin edilib. 

UEFA-nın Pro lisenziyasına malik mütəxəssis karyerası ərzində Gürcüstanın “Lokomotiv” (2015-2017, 2022-2025) klubunun əsas komandasında məşqçi, akademiyasında baş məşqçi və koordinator, “Dinamo” (Tbilisi, 2012-2015) klubunun akademiyasının komandalarında baş məşqçi, Çinin “Dalian I-Star” (2017-2021) akademiyasında koordinator, İngiltərənin “London Tigers” (2010-2012) klubunun əsas komandasında baş məşqçi, “Kristal Pelas” (2007-2010) klubunun U-15 və U-18 komandalarında məşqçi kimi çalışıb. 

43 yaşlı mütəxəssislə 1+2 illik müqavilə bağlanıb. 

Qeyd edək ki, "Sabah"ın akademiyasının əvvəlki koordinatoru Adino Mustedanaqiç hazırda əvəzedici və U-19 komandasının baş məşqçisidir.

"Cebheinfo.az" 

Seçilən
30
17
cebheinfo.az

10Mənbələr