AZ

TƏBİB Cabir İmanovun ölümü ilə bağlı məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı məlumat yayıb.

KONKRET.az-ın məlumatına görə, qurumdan oxu.az-a bildirilib ki, bu gün saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:

“Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən Əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb”.

Seçilən
6
40
konkret.az

10Mənbələr