AZ

Rusiyanın “seçimini et” tələbinə Ermənistandan ikibaşlı cavab

BAKI, 29 sentyabr. TELEQRAF

“Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaqla bağlı gündəm yoxdur; əksinə, AİB tərəfdaşları ilə əlaqələrimizi dərinləşdiririk”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Vaqarşak Akopyan jurnalistlərə deyib.

Rusiya baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqı ilə AİB arasında seçim etməli olduğu barədə bəyanatı xatırladılanda o qeyd edib ki, Ermənistan AİB-in üzvüdür və hazırda başqa bir gündəm yoxdur.

“Ermənistan AİB-in üzvüdür və hazırda başqa gündəm yoxdur. Bizdə Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul etdiyimiz, bəyanatların verildiyi və AİB-in üzvü olduğumuz faktı var. Gəlin məsələyə bu prizmadan baxaq”, - deputat əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Baş nazir Nikol Paşinyan AİB-dən çıxma ehtimalını istisna etməmişdi. Onun sözlərinə görə, bu, Aİ-yə üzvlük məsələsi substantivləşəndə ​​baş verəcək və bu halda Ermənistan öz qərarını verəcək.

Seçilən
31
teleqraf.com

1Mənbələr