AZ

Fərid Qayıbov: Doğma divarlar arasında qələbələrimizin sayının çox olmasını istəyirik

GƏNCƏ, 29 sentyabr. TELEQRAF

"Hər zaman MDB Oyunları ərəfəsində bu cür iclaslar keçirilir. Bu cür yığıncaqlarda iştirkaçı ölkələrin idman nazirlərinin və ya müavinlərinin hesabat çıxışları olur. İclasda hazırda Gəncədə davam edən III MDB Oyunu ilə bağlı maraqlı müzakirələr oldu, dünən Gəncə stadionunda baş tutan möhtəşəm açılış mərasimi barədə söhbətlər aparıldı".

Teleqraf xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Gəncədə keçirilən “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, yarışlarda maraqlı mübarizələrə şahidlik etdiklərini bildirib: "Üzgüçülük və stolüstü tennis yarışlarında artıq medallar qazanmışıq. Bu, bizə pozitiv düşünməyə imkan verir ki, yarışın sonuna qədər medallarımızın sayı daha da çox olacaq. Doğma divarlar arasında qələbələrimizin sayının çox olmasını istəyirik. Bütün idmançılara uğurlar arzulayıram".

Nazir III MDB Oyunlarının paytaxtdan kənarda keçirilməsinin Prezident İlham Əliyevin təşəbbüsü olduğunu vurğulayıb: "7 şəhərimiz III MDB Oyunlarını qəbul etməyə hazır vəziyyətə gətirildi. Hazırlıq vaxtı təşkilat komitəsi tərəfindən bir sıra işlər görüldü. Ölkə üzrə 50-dən artıq idman kompleksləri var. Onların bəziləri son 25 ildə inşa olnunmuşdu və təmirə ehtiyacı var idi. Yarışdan əvvəl fürsətdən istifadə edərək idman qurğuları əsaslı təmirə bağlandı".

Seçilən
37
6
teleqraf.com

9Mənbələr