AZ

Qax Olimpiya İdman Kompleksində futbol festivalı keçirilib FOTO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AFFA-nın təşkilatçılığı, UEFA və “EA Sports” şirkətinin dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Qax Olimpiya İdman Kompleksində 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

İdman.biz xəbər verir ki, bu barədə milli asosiasiyadan məlumat verilib.

100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Festivalın sonunda hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub.

Hədiyyələri Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və aparıcı mütəxəssis Orxan Mikayıllı təqdim edib. UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində növbəti belə tədbir Naxçıvan Muxtar Respublikasında keçiriləcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
6
icma.az

7Mənbələr