AZ

Çinin altıncı nəsil qırıcısının yeni görüntüləri yayılıb VİDEO

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Çin yeni nəsil J-36 qırıcı təyyarəsi ilə daha bir sınaq uçuşu həyata keçirib. 

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Məlumata görə, bu təyyarə hipersəs sürətlərinə çatmaq, həmçinin ən son texnologiyalı gizlilik xüsusiyyətlərinə sahib olmaq imkanına malikdir.

Xatırladaq ki, J-36 ilk testini 2024-cü il dekabrın 26-da həyata keçirmişdi. Təyyarənin istehsalçısı kimi Çinin Chengdu Təyyarə Şirkəti göstərilir və sınaq uçuşu da şirkətin yerləşdiyi Siçuan əyalətinin paytaxtı Çendu üzərində baş tutmuşdu.

Analitiklər yeni test uçuşunun gözləniləndən tez baş verməsinə diqqət çəkiblər. Çünki əvvəllər J-36-nın ilk uçuşunun 2028-ci ilə yaxın reallaşacağı proqnozlaşdırılırdı. Bu isə layihə üzərində əvvəllər açıqlanmayan geniş hazırlıqların aparıldığını göstərir.

Mütəxəssislər J-36-nın F-35 də daxil olmaqla ABŞ və Rusiya istehsalı qırıcı təyyarələri texnoloji cəhətdən üstələyə biləcəyini bildirirlər. Təyyarənin hipersəs sürəti ilə uçaraq atmosferi aşmaq və hətta kosmosa qədər yüksəlmək imkanına sahib olduğu iddia olunur.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
azpolitika.info

1Mənbələr