AZ

“Orban Ukrayna məsələsində təklənmiş liderə çevrilib”- Şahin Cəfərli

Macarıstan hökumətinin mövqeyi artıq hər kəsə aydındır və Baş nazir Viktor Orbanın siyasəti Qərb daxilində ciddi təcrid vəziyyətinə gətirib çıxarıb.

Bu barədə politoloq Şahin Cəfərli News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Orban hökuməti Ukraynanın güclənərək müharibədən çıxmasında maraqlı deyil və bunu özünə təhlükə hesab edir:

“Macarıstan Avropa İttifaqının Ukraynaya dəstək və Rusiyaya qarşı sanksiyalarla bağlı qərarlarını daim əngəlləməyə çalışır, veto qoyur. Hökumət açıq şəkildə Avropa İttifaqının siyasəti ilə razı olmadığını bildirir və Ukraynanın dəstəklənməsinin əleyhinə çıxır”.

Politoloq qeyd edib ki, Viktor Orban ümidlərini Donald Trampa bağlamışdı:

“Onların yaxın münasibətləri var idi, hər ikisi sağçı liderdir və ideoloji baxımdan ortaq məxrəcə malikdirlər. Orban düşünürdü ki, Tramp hakimiyyətə qayıdarsa, Avropaya təzyiq göstərəcək, Ukraynaya yardımları dayandıracaq. Amma bu baş vermədi. Əksinə, ABŞ-ın siyasəti Ukrayna məsələsində Avropa İttifaqı ilə üst-üstə düşməyə başladı”.

Şahin Cəfərli vurğulayıb ki, Macarıstanın çəkisi böyük deyil və Orbanın veto hüququ da uzun müddət təsirli ola bilməz:

“Macarıstan Avropa İttifaqının ən kiçik dövlətlərindən biridir. Veto hüququ müəyyən mərhələdə işə yarasa da, uzun müddət davam etdirilə bilmir. Ona görə də Orban bu məsələdə tədricən təklənmiş bir liderə çevrilib”.

Seçilən
21
news365.az

1Mənbələr