AZ

İRİA: Azərbaycan İKT xidmət ixracatçısı kimi mövqeyini gücləndirəcək

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) olaraq yalnız yerli institutlar və akademiyalarla deyil, həm də beynəlxalq qurumlarla sıx əməkdaşlıq edirik ki, ölkəyə həm istedadları, həm də mütəxəssisləri gətirək.

APA-Economics” xəbər verir ki, bunu “INMerge” innovasiya sammiti çərçivəsində keçirilən panel müzakirəsi zamanı İRİA-nın sədri Fərid Osmanov deyib.

O qeyd edib ki, İRİA-nın demək olar bütün akademiyalarla ortaq tədris proqramları, startap və inkubasiya təşəbbüsləri mövcuddur:

“Son üç ildə, məsələn, təxminən 10 min məzunumuz olub və onların təxminən 70%-i artıq işlə təmin olunub. Daha əvvəl qeyd etdiyim kimi, biz beynəlxalq institutlarla əməkdaşlıq edirik. Yaxşı nümunələrdən biri Texnion Universitetidir. Biz yalnız innovasiya, süni intellekt və rəqəmsal texnologiyalara deyil, həm də kibertəhlükəsizliyə fokuslanırıq. Texnion Universiteti ilə üç illik əməkdaşlıq nəticəsində təxminən 78%-lik məşğulluq göstəricisinə nail olmuşuq. Bu müddətdə 400 nəfər məzun olub. Bu gün bazarda bu sahəyə çox yüksək tələbat var.

O, son dövrlər müxtəlif xarici şirkətlərin Azərbaycan bazarına gəldiyini vurğulayıb:

“Bunların arasında Palm və Andersen şirkətlərinin adını çəkə bilərik. Andersen ilə birgə “Hire and Train” proqramına başlamışıq. Qəbul prosesinə başladığımız ilk ayda 14 min müraciət aldıq, lakin yalnız 100 nəfər seçildi. Çox böyük tələbat var və seçilən iştirakçılar ilk gündən real işlər, praktiki nümunələr üzərində işləyirlər. İnanırıq ki, bütün bu şirkətlər və tədris proqramları ölkəyə xarici xidmətləri gətirəcək və Azərbaycan İKT xidmət ixracatçısı kimi mövqeyini gücləndirəcək. Nəticədə müxtəlif ölkələrdən yeni müqavilələr qazanmaq, ekosistemi daha sürətli inkişaf etdirmək mümkün olacaq”.

Seçilən
33
1
apa.az

2Mənbələr