AZ

Sandunun Partiyası 50,2% səs toplayıb

Moldovada parlament seçkilərində "Hərəkat və Həmrəylik" Partiyası (PAS) 50,2% səs toplayıb.

Adalet.az xəbər verir ki, bu, ölkə MSK-nın 100% protokolların hesablanması nəticələrinə əsaslanır.

Qeyd edək ki, partiya ölkənin hazırkı prezidenti Maya Sandu tərəfindən təsis edilib.

İkinci yerdə 24,17% səslə "Vətənpərvər blok" qərarlaşıb. Müxalifət partiyaları ümumilikdə 49,8% səs toplayıb.

28 sentyabrda keçirilən seçkilərdə iştirak səviyyəsi 52%-i keçib.

Seçilən
11
7
adalet.az

8Mənbələr