AZ

Stolüstü tennisçilər III MDB Oyunlarını 9 medalla başa vurdu – FOTO 

Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunlarının stolüstü tennis yarışları yekunlaşıb.

Doğru.az xəbər verir ki, idmançılarımız son oyun günündə daha 3 medal qazanıblar. Şəxsi yarışların finalında Onur Quluzadə, Adil Əhmədzadə və Mərziyyə Nurmətova gümüş medal əldə ediblər.

Bundan əvvəl oğlanlardan və qızlardan ibarət komanda yarışlarında, həmçinin Onur Quluzadə – Adil Əhmədzadə cütlüyü qoşa yarışlarda ikinci yerə layiq görülüb. Qarışıq qoşa yarışlarda Onur Quluzadə – Mərziyyə Nurmətova tandemi, eləcə də Aylin Əsgərova – Yağmur Məmmədli cütlüyü bürünc medal qazanıb. Yağmur Məmmədli isə 14 yaşlılar arasında fərdi çıxışında üçüncü olub.

Beləliklə, Azərbaycan stolüstü tennisçiləri III MDB Oyunlarını ümumilikdə 9 medalla – 6 gümüş və 3 bürünc medalla başa vurublar.

DOĞRU.AZ

image-img-20250929-wa0091 image-img-20250929-wa0095

Seçilən
9
2
dogru.az

3Mənbələr