Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, təlim çərçivəsində təşkil olunan mədəni-kütləvi tədbirlər zamanı Azərbaycan hərbi kontingenti Ümummilli Lider Heydər Əliyevin abidə kompleksini, həmçinin Özbəkistan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhramanlığın və fədakarlığın rəmzi olan "Qələbə Parkı" və "Şan-Şərəf" Dövlət Muzeyini ziyarət ediblər. Ssenariyə uyğun olaraq, təlim zamanı qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və neytrallaşdırılması məqsədilə xususi əməliyyatın planlaşdırılması, eləcə də modelləşdirmə və simulyasiya proqram təminatları üzərindən praktiki fəaliyyətlər icra edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində keçirilən təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Sonda "Məharət - 2025" kompüter dəstəkli birgə komanda-qərargah təlimində fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.