AZ

Tramp administrasiyasının boz kardinalı: Stiven Miller ABŞ-nin yenidən qurulması planını həyata keçirir...

Trampın daxili təhlükəsizlik üzrə müşaviri daxili siyasətdə ən təsirli fiqurlardan biri hesab olunur...

Poliqon xəbər verir ki, “Financial Times” qəzetinin yazdığına görə, ABŞ-nin ən nüfuzlu seçilməmiş bürokratı kimi tanınan Stiven Miller hazırda Donald Trampın ölkənin daxili quruluşunu yenidən formalaşdırmaq planını həyata keçirir. Ağ Evin keçmiş aparat rəhbərinin müavini və Trampın daxili təhlükəsizlik üzrə müşaviri olan Miller, prezidentin ən çox mübahisələr doğuran qərarlarının müəllifi kimi tanınır.

Trampın ilk prezidentliyi dövründə baş strateq vəzifəsini icra edən Stiv Bennonun sözlərinə görə, Miller daxili siyasətin demək olar bütün sahələrinə təsir göstərib.

“Daxili siyasətdə elə bir sahə yoxdur ki, Miller birbaşa müdaxilə etməsin. Yalnız bəzi milli təhlükəsizlik məsələləri, maliyyə və xəzinədarlıq funksiyaları istisna təşkil edir”, deyə Benin vurğulayıb.

Millerin adı ABŞ-da miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı çoxsaylı təşəbbüslərdə çəkilir. Qeyri-leqal immiqrantların kütləvi həbsləri, doğum hüququ əsasında vətəndaşlığın ləğvi təşəbbüsü, eləcə də Milli Qvardiya və dəniz piyadalarının Los-Anceles küçələrində yerləşdirilməsi qərarı məhz onun təsdiqi ilə həyata keçirilib. Bununla yanaşı, Millerin maraqları miqrasiya və təhlükəsizlikdən kənara çıxaraq universitetlər, hüquq firmaları, mədəniyyət ocaqları və KİV-lərə qarşı hücumlarla da əlaqələndirilir.

Tənqidçilər hesab edirlər ki, o, indi də ictimai xadim Kirkin qətli hadisəsindən istifadə edərək sol qüvvələrə qarşı daha sərt repressiyalara və siyasi müxalifətin boğulmasına zəmin yarada bilər. Vitse-prezident Cey Di Venslə birgə iştirak etdiyi podkastda Miller bildirib ki, administrasiya bu hadisənin doğurduğu ictimai qəzəbi “terror şəbəkələrinin kökündən məhv edilməsinə” yönəldəcək. Lakin o, konkret olaraq hansı qrupları nəzərdə tutduğunu açıqlamayıb.

Müşahidəçilər bildirirlər ki, Millerin siyasi fəallığı Tramp administrasiyasının gələcək kursunu formalaşdırmaqda mühüm rol oynaya bilər və bu, ABŞ-da daxili mühitin daha da gərginləşməsi ilə nəticələnə bilər.

Poliqon.info

Seçilən
7
poliqon.info

1Mənbələr