AZ

Kişinyovda müxalifətin etirazı alınmadı Cəmi 15 dəqiqə çəkib

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Sentyabrın 29-da Kişinyovda sabiq prezident İqor Dodonun rəhbərlik etdiyi “Vətənpərvər Seçki Bloku”nun tərəfdarları parlament binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar sentyabrın 28-də keçirilmiş parlament seçkilərinin nəticələrini tanımadıqlarını bəyan ediblər.

Dodon hakim “Fəaliyyət və Həmrəylik Partiyası”nı (PAS) xaricdəki seçicilərin səsləri hesabına qələbə qazanmaqda ittiham edib. O, Mərkəzi Seçki Komissiyasına apellyasiya şikayətləri verəcəyini və ölkə daxilində PAS-dan daha çox səs topladıqlarını iddia edib. Həmçinin tərəfdarlarına yalnız onun göstərişi ilə yenidən aksiyalara qoşulmağı tövsiyə edib.

Aksiya cəmi 15 dəqiqə davam edib və kiçik insidentlərlə müşayiət olunub. Belə ki, bir nəfər “Ukraynaya eşq olsun!” deyə qışqırdıqda, iştirakçılar ona hücum edib və polis müdaxilə edərək həmin şəxsi saxlayıb. Bundan sonra aksiyada pro-rus şüarlar səsləndirilib.

Qeyd edək ki, sentyabrın 28-də keçirilən seçkilərdə PAS 50,16% səs toplayaraq parlamentdə 55 yer əldə edib. Dodonun bloku isə təxminən iki dəfə az səs qazanıb. Xaricdə keçirilən səsvermədə isə PAS 80%-ə yaxın dəstək alıb, Dodonun bloku isə cəmi 5%-dən bir qədər artıq səs toplayıb.

Moldova hakimiyyəti son aylarda ölkədə sabitliyi pozmaq məqsədilə pro-rus təsir dairələrinin aktivləşməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
azpolitika.info

1Mənbələr