Son bir il ərzində Rusiya Ordusunda fərarilik halları ikiqat artıb. Bu barədə "Agenstvo.Novosti" məlumat yayıb. Əgər bu tendensiya davam etsə, 2025-ci ilin sonuna qədər ordudan qaçanların sayı 70 minə çata bilər.
Milli.Az xəbər verir ki, ukraynalı analitiklər "Mən yaşamaq istəyirəm" təşəbbüsü çərçivəsində toplanan on minlərlə Rusiya hərbçisinə aid sənədləri və bəzi hərbi bölmələrin daxili məlumatlarını təhlil ediblər. Araşdırmalar nəticəsində, 2022-2025-ci illəri əhatə edən dövr üçün adlar və hərbi bölmələr göstərilməklə tərtib olunmuş 13 800 fərarinin siyahısı ortaya çıxıb.
Bu sənədlərdən aydın olur ki, 2024-cü il ərzində 3 200 fərarilik hadisəsi qeydə alınıbsa, 2025-ci ilin ilk yarısında artıq bu rəqəm 3 400-ü keçib. Bu da orduda fərariliyin sürətlə artdığını göstərir.
Asya
Milli.Az