AZ

İllər əvvəl Heydər Əliyevin “Bakılı oğlanlara tövsiyəsi” - Cabir İmanovdan etiraflar + VİDEO

Əməkdar artist Cabir İmanovun vəfatından sonra onun haqqında arxiv kadrlar diqqət çəkib.

Mədəniyyət tv-də yayımlanan "Sən elə bir zirvəsən" verilişində çıxış edən mərhum aktyor illər əvvəl mətbuat konfransında görüşdükləri mərhum Prezident Heydər Əliyev haqqında maraqlı açıqlamalar verib.
O, bildirib ki, Prezident onlara heç kimdən və heç nədən qorxmamaq lazım olduğunu deyib: 
"Müstəqil Azərbaycanda baş verən bütün hadisələri yumor olaraq insanlara çatdırmaq çox çətin idi. Müəyyən dövlət məmurları tərəfindən müəyyən narazılıqlar olurdu. O zaman Ümumilli Lider dedi ki, əgər siz məni də parodiya edirsinizsə, heç kim sizə bir söz deyə bilməz. Heç kimdən və heç nədən qorxmayın". 
Qeyd edək ki, Cabir İmanov bu gün idman zalında ürəktutması səbəbilə dünyasını dəyişib.

Seçilən
9
1
yenilik.az

2Mənbələr