AZ

Mehriban Əliyeva Cabir İmanovun vəfatı ilə əlaqədar başsağlığı verdi - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Əməkdar artist Cabir İmanovun ölümü ilə bağlı paylaşım edib.

News365.az xəbər verir ki, paylaşımda deyilir:

"Nurlu, səmimi və qeyri-adi istedada malik insan – Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.

Allah rəhmət eləsin!"


Seçilən
10
49
news365.az

10Mənbələr