AZ

“Tramp yolu”nun açılmasının təfərrüatları müzakirə olunur...

...Ermənistan və ABŞ Ermənistan ərazisindən Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirəcək dəhlizin açılmasının detallarını müzakirə etməyə başlayıb.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

...Amerika nümayəndə heyəti bu yaxınlarda Ermənistanda olub. Müzakirələr başlayıb və bu müzakirələr davam edəcək.

Xatırladaq ki, avqustun əvvəlində ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Siyasətçilər Cənubi Qafqaz respublikaları arasında sülh prosesini müzakirə ediblər. Söhbətdən sonra bir sıra sənədlər imzalanıb.

Tramp Azərbaycan və Ermənistanın uzunmüddətli dost olacağına əminliyini ifadə edib.

Bundan başqa, ABŞ prezidenti Vaşinqtonun Bakı ilə hərbi əməkdaşlığa qoyulan məhdudiyyətləri aradan qaldırdığını bəyan edib.

Amerika lideri, həmçinin Azərbaycanla tranzit dəhlizinin inkişafı məsələsində Ermənistanla əməkdaşlıq edəcəyinə söz verib.

Bundan əvvəl Ermənistanın Zəngəzur dəhlizini ABŞ-a təhvil verəcəyi bildirilirdi..?

Əli Babayev

Seçilən
9
1
sia.az

2Mənbələr