AZ

İsmayıllıda toyda dörd nəfərin bıçaqlandığı qanlı olayla bağlı ŞOK TƏFƏRRÜAT

İsmayıllı rayonunda toy mərasimində dörd nəfərin bıçaqlanmasının təfərrüatı məlum olub.

 

Hadisə toy məclisi başa çatandan sonra olub. Belə ki, Talıstan kənd sakini 2005-ci il təvəllüdlü Səid İsayevin atası 2002-ci il təvəllüdlü Elşən Babayevin kirvəsi olub. Sentyabrın 28-də Səid İsayevin toy mərasiminə Elşən Babayev ailəvi qatılıb.

 

Toyda E.Babayev həddindən artıq spirtli içki qəbul edib. Axşam saatlarında E.Babayevin atası toy çadırında oynayarkən, qonaqlardan biri onun mahnısını yarımçıq kəsib. Bundan sonra E.Babayevin atası ailəsi ilə birlikdə məclisi tərk edib. E.Babayev bu hadisədən əsəbiləşərək evlərinə gedib, mətbəx bıçağı götürüb geri qayıdıb. O, hadisə yerinə qayıdanda toy mərasimi başa çatmış olub. Bu vaxt E.Babayev Səid İsayevə yaxınlaşaraq, atasının oynadığı musiqinin niyə yarımçıq kəsilməsini soruşub. Səid İsayev E.Babayevlə söhbət edərkən, o, qəflətən üzərindəki bıçaqla Səidə qarın və ayaq nahiyəsindən zərbə endirib. Hadisəni görən Səidin dayısı, 1976-cı il təvəllüdlü Rahil İsmayılov prosesə müdaxilə etmək istəyərkən E.Babayev onu boğazından və qarın nahiyəsindən bıçaqlayıb. E.Babayev daha sonra R.İsmayılovun oğlu, 2008-ci il təvəllüdlü Osman İsmayılovu qolundan bıçaqlayıb. O, hadisə yerindən qaçmaq istəyərkən toyda ofisiant kimi iştirak edən rayon sakini, 2002-ci il təvəllüdlü Məhəmməd Mirzəyev onun qarşısını kəsib zərərsizləşdirmək istəyib. E.Babayev əlindəki bıçaqla onun da bud nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerindən qaçıb.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Babayev kənd ərazisində saxlanılıb.

Seçilən
16
2
tribunainfo.az

3Mənbələr