AZ

“PAŞA Bank” “SIBOS 2025” Beynəlxalq Bankçılıq Konfransında iştirak edir

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 29sentyabr 2025-ci il tarixində Almaniyanın Frankfurt şəhərində startgötürən "SIBOS 2025" Beynəlxalq Bankçılıq Konfransında iştirakedir.

Bu il keçirilən konfrans “Qlobal maliyyə sektorunun növbətisərhədləri” mövzusuna həsr olunub. Konfrans ödənişlər və qiymətlikağızların rəqəmsal transformasiyası, maliyyə imkanlarınıngenişləndirilməsi, maliyyə cinayətləri ilə bağlı hüquqi tədbirləringücləndirilməsini, kibertəhlükəsizliyi, tənzimləyicidəyişiklikləri, həmçinin süni intellekt, kvant texnologiyaları vəpaylanmış reyestr texnologiyası (DLT) kimi həllərin rolunuaraşdırır.

Yüzlərlə ixtisaslaşmış spiker maliyyə ekosistemində baş verənçevik dəyişiklikləri və bu proseslərə uyğunlaşmaq üçün daha genişşəbəkələşmə, inteqrasiya və dayanıqlılıq imkanlarını inkişafetdirməyin yollarını müzakirə edir.

“PAŞA Bank"ın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısıMurad Süleymanovun sözlərinə görə, bu mötəbər tədbir “PAŞA Bank”üçün həmçinin də beynəlxalq əməkdaşlıqların davamlılığı, inkişafıvə qurulması baxımından unikal bir platformadır.

“Hər il bu konfransda iştirak etməklə biz beynəlxalq əməkdaşlıqşəbəkəmizi genişləndirir, aparıcı maliyyə institutları ilə yenitərəfdaşlıqlar qururuq, yeni imkanları, hədəflərimüəyyənləşdiririk, təcrübələrimizi bölüşürük, yeni təcrübələri vəinnovativ həlləri öyrənirik. Bu isə bizə müasir təcrübələri və yeniimkanları Azərbaycan bazarında tətbiq edərək müştərilərimizinbiznes ehtiyaclarına uyğun daha çevik və effektiv həllər təqdimetməyə imkan verir,” – deyə, M. Süleymanov bildirib.

Qeyd edək ki, 2 oktyabra qədər davam edəcək “SIBOS 2025” tədbiridünyanın aparıcı maliyyə institutlarını, fintex şirkətlərini,texnologiya təminatçılarını, investorları, tənzimləyiciləri və500-dən çox müstəqil eksperti bir araya gətirərək məhsuldarmüzakirə və əməkdaşlıq imkanları yaradır.


Məqalədə:
Seçilən
21
1
az.trend.az

6Mənbələr