AZ

Məktəblərdə bu sahənin tədrisi mümkündür – Nazir açıqladı

“Azərbaycanda məktəblərdə sahibkarlığın öyrədilməsi mümkündür, lakin burda daha mürəkkəb məsələ bu prosesin necə və hansı yolla təşkilidir”.

KONKRET.az xəbər verir ki, bunu “INMerge” innovasiya sammiti çərçivəsində təşkil edilən panel müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, bu sahədə əvvəlcə hansı yanlışlıqlara yol verməmək məsələsi düşünülməlidir:

“Mən hər dəfə innovasiya və ya yeni sahələrdən danışanda “yaşıl təhsil”, “yaşıl iqtisadiyyat” və ya “bərpa olunan enerji”ni misal gətirirəm. Keçən il Azərbaycan COP 29 tədbirinə ev sahibliyi etdi və böyük müzakirə mövzusu o idi ki, bərpa olunan enerjini Azərbaycanda necə inkişaf etdirə bilərik. Ən çox səslənən cavab bu idi: “Bərpa olunan enerji üzrə ixtisas açaq”. Amma hər kəs bilir ki, sadəcə bərpa olunan enerji üzrə diplomun olması insanı bərpa olunan enerji mühəndisinə çevirmir.

Məncə, bu, innovasiya ilə də oxşardır. Əgər siz innovasiya və sahibkarlıq üzrə magistr proqramlarının sayını artırmağa başlasanız, bu, o demək deyil ki, mütləq sahibkar məzunlar yetişəcək. Bu, proqramlardan da uzağa gedir, əslində, məsələnin kökü cəmiyyətin, yeni nəsillərin necə yetişdirilməsi, hansı mədəniyyətlə böyüdülməsi ilə bağlıdır”.

Seçilən
12
8
konkret.az

10Mənbələr