AZ

Azərbaycanda məktəblərdə sahibkarlığın öyrədilməsi mümkündür - Elm və təhsil naziri

Bakı. Trend:

Azərbaycanda məktəblərdə sahibkarlığın öyrədilməsimümkündür.

Trend xəbər verir ki, bunu“INMerge” innovasiya sammiti çərçivəsində təşkil edilən panelmüzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayevjurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, burda daha mürəkkəb məsələ bu prosesin necəvə hansı yolla təşkilidir.

"ilk növbədə buraxıla biləcək səhvləri anlamaq vacibdir. Busahədə əvvəlcə hansı yanlışlıqlara yol verməmək məsələsidüşünülməlidir.

Mən hər dəfə innovasiya və ya yeni sahələrdən danışanda “yaşıltəhsil”, “yaşıl iqtisadiyyat” və ya “bərpa olunan enerji”ni misalgətirirəm. Məsələn keçən il Azərbaycan COP 29 tədbirinə evsahibliyi etdi və böyük müzakirə mövzusu o idi ki, bərpa olunanenerjini Azərbaycanda necə inkişaf etdirə bilərik.

Ən çox səslənən cavab bu idi: "Gəlin, bərpa olunan enerji üzrəmagistr proqramı yaradaq".

O əlavə edib ki, bu, innovasiya ilə də oxşardır.

"Əgər siz innovasiya və sahibkarlıq üzrə magistr proqramlarınınsayını artırmağa başlasanız, bu, o demək deyil ki, mütləq sahibkarməzunlar yetişəcək. Bu, proqramlardan da uzağa gedir, əslində,məsələnin kökü cəmiyyətin, yeni nəsillərin necə yetişdirilməsi,hansı mədəniyyətlə böyüdülməsi ilə bağlıdır", - nazir qeydedib.

Seçilən
11
8
az.trend.az

10Mənbələr