AZ

“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda!

 

 

Sərfəli xidmətləri və bölgələrə diqqəti ilə seçilən mobil operator “Nar” Salyan şəhərində yeni mağazasını istifadəyə verdi. Salyan şəhəri, Y.Qasımov küçəsi 7 ünvanında açılan yeni “Nar” mağazasında abunəçilərə mobil nömrələrin satışı, müştəri xidmətləri, mobil telefon və aksesuarların təqdim olunması kimi xidmətlər göstərilir.

Açılış tədbirində iştirak edən “Nar”ın baş icraçı direktoru Qunnar Panke bildirib: “Salyanda yeni mağazamızın açılışını elan etməkdən məmnunuq. Bu mağaza bizi regiondakı müştərilərimizə daha da yaxınlaşdıracaq. Bu addım telekommunikasiya sahəsində ən sərfəli məhsulları yüksəkkeyfiyyətli xidmətlərlə təqdim etmək istədiyimizin daha bir sübutudur”.

Qeyd edək ki, “Nar” bölgələrdə açılan hər yeni mağazanı təkcə satış və xidmət şəbəkəsinin genişləndirilməsi olaraq deyil, həm də yerli icmalarla birbaşa əlaqə qurmaq imkanı olaraq dəyərləndirir. Bu dəfə də yerli əhali üçün açıq keçirilən tədbir zamanı “Nar” rəhbərliyi mağazaya gələn müştərilərlə söhbət apararaq onların istəklərini və gözləntilərini birbaşa özlərindən öyrəndi. 

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

Seçilən
13
9
anews.az

10Mənbələr