Bu gün Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində 3-cü MDB Oyunları çərçivəsində taekvondo yarışlarına start verilib.


Rekord.az xəbər verir ki, ilk gündə 7 çəki dərəcələrində yarışlar keçirilib: kişilərdə 54 kq, 63 kq, 74 kq və 87 kq, qadınlarda isə 46 kq, 53 kq və 62 kq.


Azərbaycan təmsilçiləri Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) finalda qalib gələrək, MDB Oyunlarının qızıl medalını qazanıblar.


Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) finalda məğlub olaraq, gümüş medala yiyələniblər.


Eyni zamanda, altı taekvondoçu bürünc medalın sahibi olublar – kişilərdə Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi – 87 kq), qadınlarda isə Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq) və Nərgiz Kazımova (62 kq).