AZ

Antidepresantın sizə uyğun olmadığını göstərən 11 əlamət DİQQƏT

Antidepresant seçimi çox çətin və fərdi bir prosesdir. Bir insana mükəmməl təsir edən dərman, digərində heç bir nəticə verməyə bilər. Ona görə də müalicə zamanı orqanizmin verdiyi siqnallara diqqətlə qulaq asmaq vacibdir.

E-saglam.az xəbər verir ki, aşağıdakı 11 əsas əlamət göstərir ki, qəbul etdiyiniz dərman dəyişdirilməli və ya dozası korreksiya olunmalıdır.

Çox tez təsir göstərib sonra yox olmasıAntidepresantların real təsiri adətən 2–12 həftədən sonra üzə çıxır. İlk günlərdə yaxşılaşma hiss etdiniz, amma sonra vəziyyət pisləşdisə – bu, sadəcə plasebo effekti ola bilər.

Dərman dozasını buraxmaqMüalicəni qeyri-müntəzəm aparmaq effektivliyi azaldır. Tez-tez unutduğunuz halda, həkimlə alternativ – məsələn, uzun təsirli preparatlar barədə danışın.

Yuxu pozğunluqlarıYuxusuzluq, həddindən artıq yuxululuq və ya qorxulu yuxular tez-tez rast gəlinən yan təsirlərdir. Bəzən qəbul vaxtını dəyişmək və ya dərmanı əvəzləmək kömək edə bilər.

2–3 ay sonra da irəliləyiş olmamasıƏgər 3 ay ərzində heç bir yaxşılaşma yoxdursa, bu dərman sizə uyğun deyil. Daha çox gözləməyin, həkiminizlə başqa variant axtarın.

Enerji artıb, amma əhval eyni qalırsaBu, təhlükəli əlamətdir. Aktivlik artsa da, əhval-ruhiyyə yaxşılaşmırsa, əsəbilik və hətta intihar düşüncələri yarana bilər. Bu halda dərhal həkimə müraciət edin.

Güclü yan təsirlərÜrəkbulanma, baş ağrısı, kökəlmə və ya cinsi disfunksiya başqa dərman seçmək üçün əsas səbəblərdir.

Serotonin sindromu əlamətləriNadir, amma çox təhlükəli haldır. Əlamətlər: yüksək hərarət, titrətmə, qarışıqlıq, əzələ spazmları. Bu simptomlar varsa, təcili tibbi yardım lazımdır.

Dərman təsirini itirirUzun müddət fayda verdikdən sonra təsirin zəifləməsi tolerantlıq əlamətidir. Dozanın artırılması və ya dərmanın dəyişdirilməsi lazım ola bilər.

Depressiyanın güclənməsiƏhvalın daha da pisləşməsi, narahatlıq və ya aqressiya dərmanın uyğun olmadığını göstərir.

Natamam effektDərman qismən kömək edir, amma depressiya tam keçmir. Bu halda psixoterapiya əlavə etmək və ya kombinə olunmuş müalicə düşünmək olar.

Həddindən artıq eyforiya və ya əsəbilikNormadan artıq aktivlik, çox danışmaq və ya tez-tez əsəbləşmək bəzən ikipolyar pozğunluğun əlaməti ola bilər. Terapiya korreksiyası vacibdir.

Nə etmək lazımdır?

Dərmanı birdən-birə kəsməyin – bu, vəziyyəti ağırlaşdıra bilər.

Həkiminizlə alternativ müalicə üsullarını müzakirə edin (başqa antidepresant, kombinə terapiya).

Qeyri-dərman metodlarını sınayın: koqnitiv-bihevioral terapiya (KBT), işıq terapiyası, fiziki aktivlik.

Unutmayın: depressiya müalicə olunan xəstəlikdir. Bu dərman kömək etmirsə – başqa variantlar var. Əsas odur ki, ümidinizi itirməyin və fərdi həll yolu axtarın.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
20
e-saglam.az

1Mənbələr