AZ

De Bleker "Sabah" - "Sumqayıt" matçındakı mübahisəli epizodları dəyərləndirdi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının 6-cı turunun "Sabah" - "Sumqayıt" matçındakı (1:1) mübahisəli epizodları dəyərləndirib.

Sportal.az mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

78-ci dəqiqə

Hücum zamanı “Sabah”ın hücumçusu Coy Lens Mikels qol vurur.

VAR epizodu yoxlayır və hücumun başlanğıcında “Sabah”ın oyunçusu Rəhman Daşdəmirovun topa oynadıqdan sonra ehtiyatsız şəkildə “Sumqayıt”ın oyunçusu Nihad Əhmədzadənin ayağına zərbə endirdiyini görür.

VAR baş hakimi epizoda baxmağa dəvət edir.

Videogörüntülərə baxdıqdan sonra hakim hər iki kapitana vəziyyəti izah edir və qolu ləğv edir, “Sumqayıt”ın lehinə cərimə zərbəsi təyin edir və ehtiyatsız oyuna görə “Sabah”ın oyunçusu Rəhman Daşdəmirova sarı vərəqə göstərir.

Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir.

90+2-ci dəqiqə

“Sabah” hücumu zamanı hücumçu Coy Lens Mikels cərimə meydançasında topu qəbul edir və qol vurur.

VAR epizodu yoxlayır və görür ki, “Sabah”ın hücumçusu qol vurmazdan əvvəl topa əli ilə toxunub.

Qaydalar bunu deyir: əgər oyunçu qol vurmazdan əvvəl əllə oyuna yol verirsə, qol ləğv olunmalıdır. Bu, hər zaman belədir – istər qəsdən, istərsə də təsadüfi olsun.

VAR hakimi məlumatlandırır və hakim qolu ləğv edir.

Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir.

saytlarin hazirlanmasi

Seçilən
9
2
sportal.az

5Mənbələr