AZ

Baş nazir: Azərbaycanda rəqəmsallaşma sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir

Azərbaycanda rəqəmsallaşma və texnoloji innovasiyaların iqtisadiyyata tətbiqi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir.

News365.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Minskdəki BELEXPO Beynəlxalq Sərgi Mərkəzində “Yeni texnologiyalar ittifaqı: Gələcəyin sənayesini yaradarkən” mövzusunda plenar iclasda deyib.

Baş nazir deyib ki, ölkənin beş milli prioritetindən biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin edilməsidir: “Bu kontekstdə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas strateji hədəflər sırasındadır. Dövlətin rəqəmsal iqtisadiyyata üstünlük verməsi ilə özəl sektorun yeni tələblərə uyğunlaşması xüsusilə vacibdir. Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş “Rəqəmsal İnkişaf Konsepsiyası” və “Süni İntellekt Strategiyası” sahibkarlıq subyektlərinin rəqəmsal infrastrukturunun gücləndirilməsinə və texnoloji adaptasiyanın sürətləndirilməsinə xidmət edir. Eyni zamanda, 2025-2028-ci illəri əhatə edən “Rəqəmsal İqtisadiyyatın İnkişaf Strategiyası” hazırlanıb. Strategiya qlobal texnoloji meylləri və Azərbaycanın inkişaf dinamikasını nəzərə alaraq biznes, hökumət və cəmiyyət arasında sinerji yaratmaq məqsədi daşıyır”.

Seçilən
3
4
news365.az

9Mənbələr