AZ

Azərbaycan III MDB Oyunlarında ilk qızıl medalını qazanıb

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışlarının final mərhələsinə start verilib.

90deqiqe.Az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində keçirilən final görüşündə təmsilçimiz Abdullətif Musayev (53 kq) Özbəkistandan olan Qamzat Maksetbayev üzərində qələbə qazanıb. Bu, Azərbaycanın III MDB Oyunlarında əldə etdiyi ilk qızıl medal olub.

Bu gün daha dörd samboçumuz finalda çıxış edəcək.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Seçilən
24
17
90deqiqe.az

10Mənbələr