AZ

Hatayda “Zəfərə gedən yol” adlı anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Türkiyənin Hatay vilayətinin Payas şəhərində 27 Sentyabr – AnımGünü münasibətilə “Zəfərə gedən yol” adlı anım mərasimikeçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, Tədbir Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun,Payas Bələdiyyəsinin və Hatay Azərbaycan Evinin birgətəşkilatçılığı ilə qədim tarixə malik Sokullu Mehmet PaşaKülliyyesində baş tutub.

Mərasimdə iki qardaş ölkənin şəhidlərin əziz xatirəsi ehtiramlayad edildikdən sonra Türkiyə və Azərbaycanın Dövlət himnlərisəsləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinAnım Günü ilə əlaqədar sosial mediada paylaşdığı video və Diasporlaİş üzrə Dövlət Komitəsinin hazırladığı, şanlı Zəfərimizdən bəhsedən videoçarx nümayiş olunub.

Tədbiri açıq elan edən Payas Bələdiyyəsinin sədri Bekir Altanqonaqları salamlayaraq, 44 günlük Vətən müharibəsində Azərbaycanınqazandığı tarixi qələbənin önəmi, şəhidlərin əziz xatirəsi, ikiqardaş ölkə arasındakı münasibətlərdən bəhs edib.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini ValehHacıyev, Payas kaymakamı Kürşad Karaca və Hatay Azərbaycan Evininrəhbəri Başar Kömür çıxışlarında Azərbaycanın haqq savaşındagöstərdiyi iradənin və Türkiyənin bu müddətdə verdiyi mənəvidəstəyin əhəmiyyətindən bəhs ediblər. İki qardaş ölkənin sarsılmazqardaşlıq və dostluq əlaqələrinə toxunaraq, istər xoş günlərdə,istərsə də çətin vaxtlarda birlik nümayiş etdirdiyi faktlarladiqqətə çatdırılıb.

Çıxış edənlər iki xalqın Ümummilli liderləri Mustafa KamalAtatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” vəHeydər Əliyevin “Bir millət, iki dövlət” fikirlərini xatırladaraq,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və TürkiyəRespublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkələrimizarasındakı münasibətləri bu tarixi düstur əsasında uğurla davametdirdiyini vurğulayıblar.

Dövlət qurumlarının, diasporun fəallarının və yerli ictimaiyyətnümayəndələrinin iştirak etdiyi tədbirin sonunda Xalq artistiAzərinin ifasında "Çırpınırdın, Qara dəniz" mahnısının sədalarıaltında Azərbaycan və Türkiyənin şanlı bayraqlarıdalğalandırılıb.

Hatayda
Hatayda
Hatayda
Hatayda
Hatayda
Seçilən
17
3
az.trend.az

4Mənbələr