AZ

İdman zalında infarkt riski: Necə qorunmaq olar? Kamil Zeynallı açıqladı

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kamil Zeynallı: “İdman infarkt yaratmır, infarkt əsəbdən stresdən olur”.

Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib. Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər kömək etməyə çalışsalar da, C.İmanovun ürək fəaliyyətini bərpa etmək mümkün olmayıb.

Bəs hansı hallarda idmanla məşğul olmaq olmaz? İdman nə zaman öldürür?

Ölkə.Az xəbər verir ki, Musavat.com mövzu ilə bağlı tanınmış idmançı Kamil Zeynallının fikirlərini öyrənib.

 Zeynallı bildirib ki, insanlar idmanla məşğul olmamışdan öncə sağlamlıqlarından əmin olmalı, xəstəlikləri varsa, məşqçiyə bildirməlidirlər:

“Cabir İmanovun ölümü üzücü xəbər oldu. Xəbərlərdə də yazılmışdı ki, infarktdan vəfat edib. İdman infarkt yaratmır, infarkt əsəbdən stresdən olur. İdman fiziki güc yaradır, rahatlıq yaradır, bədəni tərbiyələndirir. Gün ərzində idman zalında da, yolda da, maşın sürərkən də infarkt keçirə bilərsən. Elə xəstəliklər var ki, o zaman idmanla məşğul olmaq olmaz. İnsanlar zala gəlir, məşqçiyə xəstəlikləri barədə məlumat vermir, ya öz bildikləri kimi idman edirlər. Nəticədə insanın səhhətində problemlər yaranır. İnfarktın zala, başqa məkanlara aidliyi yoxdur. Ürəkdə problem olduqda infarkt keçirirlər.

Mən tövsiyə edirəm ki, insanlar idmanla məşğul olmamışdan öncə sağlamlıqlarından əmin olsunlar, xəstəlikləri varsa, məşqçiyə bildirsinlər ki, onlara uyğun məşqlər seçilsin.İdman sağlamlıqdır. Qorunmağın yeganə yolu isə xəstəliklər, narahatlıqlar  haqqında öncədən məşqçiyə məlumat verməkdir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
7
olke.az

8Mənbələr