Yaxşı xəbər ondadır ki, baş nazir Orban etiraf etdi: müəyyən dronlar həqiqətən də Macarıstan tərəfindən Ukraynanın hava məkanına daxil olub. Nazir Siyyarto, bəs sizin “saxta xəbər” barədə tvitiniz necə oldu?
Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Macarıstan Baş naziri Viktor Orbanın PUA-ların Ukrayna sərhədini pozması ilə bağlı bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, pis xəbər isə ondadır ki, baş nazir hələ də Rusiya təbliğatı ilə zəhərlənmiş vəziyyətdə qalır:
“Biz səbirsizliklə onun dövlət suverenliyi və müstəqilliyi ilə bağlı fikirlərini gözləyirik, o andan ki, Rusiya enerji daşıyıcılarından asılılıqdan qurtulacaq. Bu məqamı dəfələrlə ABŞ Prezidenti Donald Tramp və Avropalı tərəfdaşlar vurğulayıblar”.