AZ

Netanyahu Qətərdə üzr istəyib - Yenilənib

Ağ Ev ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında Vaşinqtonda keçirilən görüşün təfərrüatlarını açıqlayıb...

"Report" xəbər verir ki, bu barədə Ağ Evin "X" sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

Məlumatda Netanyahunun Trampın da iştirak etdiyi Qətərin Baş naziri Məhəmməd Əbdül Rəhman Əl-Tani ilə telefon danışığında ondan Dohaya raket zərbəsi endirdiyi üçün üzr istəməsi təsdiqlənib.

Netanyahu daha sonra İsrailin HƏMAS rəhbərliyini hədəf alaraq Qətərin suverenliyini pozmasından təəssüfləndiyini bildirib və ölkəsinin gələcəkdə belə hücumlar etməyəcəyini bir daha vurğulayıb.

Həmçinin qeyd edilir ki, Qətərin Baş naziri bu təminatları alqışlayıb, Dohanın regional təhlükəsizlik və sabitliyə mühüm töhfə verməyə davam etməyə hazır olduğunu vurğulayıb.

Tramp da öz növbəsində uzun illər davam edən qarşılıqlı narazılıq və anlaşılmazlıqlardan sonra İsrail-Qətər münasibətlərini yaxşılaşdırmaq istəyini ifadə edib.

"Netanyahu və Əl-Tani Trampın koordinasiyanı, ünsiyyəti yaxşılaşdırmaq, qarşılıqlı narazılıqları həll etmək və təhdidlərin qarşısını almaq üçün kollektiv səyləri gücləndirmək üçün üçtərəfli mexanizm yaratmaq təklifini qəbul ediblər", – Ağ Evin bəyanatında qeyd olunub.

Tərəflər, həmçinin ABŞ-nin Qəzzada müharibəyə son qoymaq və Yaxın Şərqdə təhlükəsizliyi yaxşılaşdırmaq planını müzakirə ediblər.

***

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda görüş keçirib.

"Report" "Sky News"a istinadən xəbər verir ki, görüş zamanı tərəflər ABŞ tərəfindən təqdim olunan, İsraillə HƏMAS arasında sülh planını müzakirə ediblər.

Sənəd 21 bənddən ibarətdir.

Yaxın vaxtlarda onlar görüşün yekunları ilə bağlı birgə mətbuat konfransında çıxış edəcəklər.

***

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

"Report"un "The Times of Israel"ə istinadən verdiyi xəbərə görə, tərəflər Qəzza zolağında vəziyyətin nizamlanması imkanlarını müzakirə edəcəklər.

Danışıqlardan sonra tərəflər mətbuat konfransı keçirəcəklər.

Ağ Evdə Netanyahu ilə görüşü zamanı Tramp Qəzza sövdələşməsinin mümkünlüyünə çox arxayın olduğunu deyib.

Poliqon.info

Seçilən
13
2
poliqon.info

3Mənbələr