AZ

ABŞ kəşfiyyatından gündəmi çalxalayan iddia: Bu ölkə işğal olunacaq

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Avstraliya Yayım Korporasiyası (ABC) ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) Pentaqon üçün hazırladığı məxfi hesabatı əldə edib.

Globalinfo.az xəbər verir ki, sənəddə Çinin ticarət bərə donanmasını genişləndirdiyi və bu prosesin Tayvana mümkün hərbi müdaxilə hazırlığı kimi qiymətləndirildiyi kimi qeyd olunub.

Hesabatda bildirilir ki, Çin gəmilərini tank daşımaq və amfibiya əməliyyatlarına uyğunlaşdırır. ABŞ isə mümkün münaqişə zamanı bu bərələri hərbi hədəf kimi nəzərdən keçirə bilər.

Məlumata görə, “Beş Göz” kəşfiyyat ittifaqı (ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya) Çinin təlimlərində təxminən 30 ticarət gəmisini izləyib. Peyk şəkilləri isə Pekinin üç yeni sinif eniş gəmisi hazırladığını ortaya qoyur.

Ekspertlərin fikrincə, Çinin Ro-Ro tipli bərələri xüsusi dizayn dəyişiklikləri ilə desant gəmilərinə uyğunlaşdırılır. Bu bərələr yüzlərlə sərnişin və hərbi texnikanı daşıya bilir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) isə Çinin 2026-cı ilə qədər 76 iri bərə inşa etməyi planlaşdırdığını açıqlayıb.

Qeyd edək ki, Çin ilk dəfə 2019-cu ildə “Bang Chui Dao” adlı 15 min tonluq bərəni amfibiya enişində hərbi məqsədlə istifadə edib. ABŞ analitikləri bunun Pekinin Tayvana mümkün əməliyyata hazırlığının bir hissəsi ola biləcəyini bildirirlər.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
6
globalinfo.az

8Mənbələr