AZ

Netanyahu Dohada HAMAS liderlərinə hücuma görə Qətərin baş nazirindən üzr istəyib

İsrailin baş naziri Benyamin Netanyahu Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə telefon danışığı zamanı sentyabrın 9-da Dohada HAMAS hərəkatının liderlərinə hücum edərək ölkənin suverenliyini pozduğuna görə üzr istəyib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İsrail Televiziyasının 12-ci kanalı məlumat yayıb.

Məlumata görə, İsrailin baş naziri ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdən qətərli həmkarına zəng edib.

Məlumatda həmçinin qeyd olunub ki, söhbət zamanı Netanyahu Qətər təhlükəsizlik xidmətinin zabitinin hücumda həlak olmasından təəssüfləndiyini bildirib.

Seçilən
17
7
nocomment.az

10Mənbələr