AZ

Həyətyanı torpaq sahələri bahalaşırVİDEO

Bakının mərkəzinə yaxın və infrastrukturla təmin olunmuş torpaq sahələrinə tələbat artıb.

Qiymətləndiricilər Palatasının məlumatına görə, torpaq qiymətlərində son dövrdə 15-20 faiz artım qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, təklifin məhdudluğu və tikinti üçün əlverişli ərazilərə maraq nəticəsində torpaq qiymətlərində artım olub.

Ekspertin sözlərinə görə, şəhərin mərkəzinə yaxın torpaq sahələri məhdud olduğu üçün bu ərazilərdə də qiymətlərdə yüksək artım var.

O bildirib ki, Sumqayıt və  Xırdalan şəhərlərində torpaq qiymətləri son 1 ildə 10-12 faiz arasında artıb. Ən az artım isə kənd təsərrüfatı torpaqlarında qeydə alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 


 

 

Seçilən
73
9
xezerxeber.az

10Mənbələr