AZ

Polşanın baş naziri: Rusiyaya qarşı “yeni tipli müharibə” aparılır

Qərb ölkələri Rusiyaya qarşı “yeni tipli müharibə” aparırlar.

Teleqraf xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk "The Guardian"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda fikir liderlərinin qarşısında duran ən mühüm vəzifə bütün Qərb ictimaiyyətinə Rusiya ilə müharibənin artıq getdiyini çatdırmaqdır.

O, çıxışı zamanı deyib: "Bu, müharibədir. Biz bunu istəmirdik, bəzən qəribə olur, bu, yeni bir müharibə növüdür, amma müharibədir".

Sentyabrın 25-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 Xarici İşlər Nazirlikləri (XİN rəhbərləri) başçılarının görüşü zamanı bəyan edib ki, NATO və Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiyaya müharibə elan edib və orada birbaşa iştirak edib.

Seçilən
22
3
teleqraf.com

4Mənbələr