AZ

İsrail Trampın Qəzza planına bir sıra düzəlişlər edib

İsrail hökuməti ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinə son qoyulması planının hazırlanmasında iştirak edib və yekun sənədə bir sıra düzəlişlər edib.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Məlumata görə, ən diqqətçəkən düzəliş dövlətçilik məsələsinə aiddir. Planda müstəqil Fələstin dövlətinin yaradılmasının mümkünlüyü qeyd edilsə də lakin iki dövlətli həll variantından bəhs edilmir.

Məlumatda həmçinin bildirilir ki, Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həllinin aydın perspektivi olmadan Səudiyyə Ərəbistanının ABŞ liderinin planını maliyyələşdirməsi ehtimalı kifayət qədər aşağıdır.

Vaşinqtonda Trampla keçirdiyi mətbuat konfransında İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidentinin Qəzzada hərbi əməliyyatlara son qoymaq planını dəstəklədiyini açıqlayıb. Lakin o qeyd edib ki, HAMAS bu təklifi rədd edərsə və ya sabotaj edərsə, İsrail məsələni özü həll edəcək.

Seçilən
41
17
apa.az

10Mənbələr