AZ

Filippin Rusiyaya əmək miqrantları göndərməyə hazırdır

İki ölkə arasında miqrasiya sazişi üzrə danışıqlar aparılır…

Poliqon xəbər verir ki, Filippin Rusiyaya əmək miqrantları göndərmək niyyətindədir və bu məqsədlə ikitərəfli sazişin imzalanması istiqamətində Moskva ilə danışıqlar aparır. Bu barədə Filippinlərin Rusiyadakı səfiri İqor Baylen “RIA Novosti” Agentliyinə müsahibəsində məlumat verib.

Diplomatın sözlərinə görə, məsələ hələlik detallı şəkildə müzakirə olunmasa da, rəsmi Manila Rusiyada işləmək istəyən filippinli vətəndaşlar üçün hüquqi bazanın yaradılmasında maraqlıdır. Səfir bildirib ki, danışıqlar çərçivəsində əsas məqsəd “əmək miqrasiyasının təhlükəsiz və qaydalara uyğun şəkildə təşkil edilməsidir”.

Baylen həmçinin qeyd edib ki, Rusiya hakimiyyəti miqrasiya qanunvericiliyi məsələsinə ehtiyatlı yanaşır və bu səbəbdən qarşılıqlı əməkdaşlığın əsas parametrlərinin dəqiq müəyyən olunması vacibdir.

Qeyd edək ki, Filippinlər dünyanın ən böyük əmək miqrantı ixrac edən ölkələrindən biridir. Hazırda milyonlarla filippinli müxtəlif dövlətlərdə, xüsusilə Yaxın Şərq və Asiya ölkələrində çalışır. Bu əməkdaşlıq Moskva üçün də yeni işçi qüvvəsi mənbəyi yarada bilər.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr