Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialı xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 94 km cənub-şərqdə yerləşib. Onun ocağı dəniz dibinin 48 km dərinliyində olub.
Bildirilib ki, Petropavlovsk-Kamçatskinin müxtəlif ərazilərində 5,0 bal gücündə zəlzələ hiss olunub. Sunami təhlükəsi bildirilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31