AZ

Nigeriyada silahlı hücumda 12 nəfər öldürülüb

Nigeriyada

Nigeriyada silahlı qrup Oqba-Ayo qraflığının meşəlik ərazisində atəş açaraq yerli sakinləri və mühafizəçini öldürüb.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, insident barədə Nigeriyanın Kvara əyalətinin sözçüsü Adetoun Ejire-Adeyemi açıqlama yayıb.

O bildirib ki, Oqba-Ayo qraflığının meşəlik ərazisində fəaliyyət göstərən silahlı qrup ətraf ərazilərə atəş açıb. Nəticədə 11 yerli sakin və 1 mühafizəçi öldürülüb.

Yaralılar xəstəxanaya çatdırılıb, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Nigeriya uzun müddətdir ki, Boko Haram və İŞİD-ə bağlı Qərbi Afrika qruplaşması ISWAP daxil olmaqla, silahlı dəstələrin və terror təşkilatlarının hücumları ilə üzləşir.

V. QULİYEV
Seçilən
11
1
reyting.az

2Mənbələr